Azərbaycanda əhali bu il avtomobil yanacağına 2,5 mlrd. manatdan çox vəsait xərcləyib

Tarix: 16 Nov 2023 11:20

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 518,3 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin müvafiq dövrünün göstəricisini 6,6% üstələyir.

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 768,7 mln. manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Xəbər Lenti