Türkiyə ilə Gürcüstan arasında Konsulluq məsləhətləşmələri keçiriləcək

Tarix: 10 Dec 2023 16:16

Türkiyə ilə Gürcüstan arasında 11 dekabr 2023-cü il tarixində Tbilisidə Konsulluq məsləhətləşmələri keçiriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məsləhətləşmələr zamanı iki ölkənin konsulluq əlaqələrinin gündəliyində duran bütün məsələlər müzakirə olunacaq, qarşıdakı dövrdə atılacaq konkret addımlar haqqında fikir mübadiləsi aparılacaq.

Xəbər Lenti