Makron və Zelenski Ukraynanın Aİ-yə daxil olmasını müzakirə ediblər

Tarix: 10 Dec 2023 22:29

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında onu əmin edib ki, Fransa Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə AFP Yelisey sarayına istinadən məlumat verib.

“Fransa prezidenti Emmanuel Makron bazar günü Vladimir Zelenskiyə Fransanın Ukraynanın Aİ-yə qəbulunun başlanmasına dəstəyini təsdiqləyib”, – nəşr yazır.

Xəbər Lenti