Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 11 Dec 2023 01:31
İsrail ordusu Qəzzada Fələstin Meydanı ərazisini ələ keçirib. Bundan əlavə, döyüşlər zamanı HƏMAS batalyonunun yeni komandiri hava zərbəsi nəticəsində öldürülüb.
APA-nın məlumatına görə, bunu İsrail ordusunun mətbuat nümayəndəsi Daniel Haqari deyib.
Onun sözlərinə görə, Fələstin Meydanı ərazisində digər obyektlərlə yanaşı, HƏMAS-ın hökumət idarələri, terror infrastrukturu və Şifa xəstəxanasına aparan tunellər şəbəkəsi var.