Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 11 Dec 2023 09:17
İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.
APA TASS-a istinadən xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.
Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.