Cümə, 23 Yanvar, 2026
Tarix: 16 Nov 2023 12:17
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 49,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 33,1% azdır.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə günəş elektrik stansiyalarında 58,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5% çoxdur.
Məlumata görə, ilin ilk 10 ayında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bud a 11,4% artım deməkdir.