Yəmən sahillərində Britaniya gəmisində yanğın baş verib

Tarix: 12 Dec 2023 06:33

Yəmən sahillərində Britaniya gəmisində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Agentlik X sosial şəbəkəsində bildirib ki, Yəmənin Moha limanından 15 dəniz mili qərbdə, Bab əl-Məndeb boğazı yaxınlığında gəmidə yanğın xəbəri gəlib.

Ekipaj barədə məlumat yoxdur.

Xəbər Lenti