“HƏMAS döyüşçüləri təslim olur”

Tarix: 12 Dec 2023 09:40

“HƏMAS qruplaşmasının döyüşçüləri kütləvi şəkildə təslim olurlar”.

“Qafqazinfo” “Yedioth Ahronoth” qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib. 

Onun sözlərinə görə, təslim olanlar arasında oktyabrın 7-si baş tutan hücumlarda iştirak edənlər də var.

O bildirib ki, bunkerlərdən çıxan terrorçular silah və ərzaq çatışmazlığı yaşadıqlarını etiraf ediblər: “Radikallar məğlubiyyətə yaxındırlar”.

Xəbər Lenti