Nyu-Yorkda altı mərtəbəli binanın bir hissəsi uçub

Tarix: 12 Dec 2023 09:51

ABŞ-nin Nyu-York şəhərində altı mərtəbəli binanın bir hissəsi uçub.

APA xəbər verir ki, bu barədə şəhərin Yanğından Mühafizə Xidməti (New York City Fire Department - FDNY) “X” platformasında yazıb.

Qeyd olunub ki, şəhərin Bronks rayonunda baş vermiş qəza nəticəsində itkilər barədə hələlik məlumat yoxdur.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər Lenti