Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 12 Dec 2023 12:05
Türkiyə rəhbərliyi ölkədə inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun istismara verilməsinə icazə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Rosatom” yayıb.
Bildirilir ki, buna dair qərarı Türkiyənin Nüvə Agentliyi qəbul edib: “Akkuyu” AES-in birinci blokunun istismara verilməsinə dair icazənin verilməsi Türkiyə qanunvericiliyinin bütün tələblərini yerinə yetirdiyimizi və işi davam etdirməyə hazır olduğumuzu təsdiq edir. Biz layihə ilə bağlı yeni, vacib və məsuliyyətli mərhələyə qədəm qoyuruq”.
Xatırladaq ki, “Akkuyu” Türkiyədə inşa olunan ilk Atom Elektrik Stansiyasıdır. AES Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən tikilir.