Türkiyəli deputat parlamentdə çıxışı zamanı huşunu itirdi - Video

Tarix: 12 Dec 2023 15:43

Türkiyədə “Saadet” partiyasının Kocaelidən olan millət vəkili Hasan Bitmez parlamentdə çıxışı zamanı huşunu itirib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, hadisə parlamentdə büdcə müzakirələri zamanı qeydə alınıb. 

Digər deputatlar tribunaya qaçaraq Bitmezə kömək etməyə çalışıb. Burada ona uzun müddət ürək masajı edilib. 

Daha sonradan türkiyəli deputat təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Xəbər Lenti