Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 12 Dec 2023 20:54
Rusiya tərəfi bütün MDB liderlərinə Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət göndərib və reaksiya gözləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycan Səfirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.
Ermənistan baş naziri Nikol Paşinyanın Peterburqa səfərinin perspektivləri ilə bağlı sualı cavablandıran nazir müavini bildirib ki, ənənəvi olaraq MDB dövlətlərinin bütün rəhbərlərinə dəvətlər göndərilir.
"Biz bu dəvətlərə cavab gözləyirik”, deyə rusiyalı diplomat vurğulayıb.