Qəzzada təcili atəşkəslə bağlı qətnamə qəbul edildi

Tarix: 13 Dec 2023 03:41

BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı Fövqəladə Xüsusi Sessiyası keçirilib.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, təcili humanitar atəşkəsi tələb edən qətnamə layihəsi səsə qoyulub.

Misirin irəli sürdüyü sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib (Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ), 23 dövlət isə bitərəf qalıb. Bununla da, Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə qəbul edilib.

Qeyd edək ki, qətnamədə bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq hüququn tələblərinə riayət etmək tələb olunur.

Xəbər Lenti