Roma Papası ölümündən sonra orada dəfn olunmaq istəyir

Tarix: 13 Dec 2023 13:10

Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romada yerləşən “Santa Maria Maggiore” bazilikasında dəfn olunmasını istəyir.

“Qafqazinfo” xəbər verir ki, Roma Papası bu barədə Meksikanın “N+” telekanalına müsahibəsində danışıb. 

“Yer artıq hazırlanıb, “Santa Maria Maggiore”də dəfn olunmaq istəyirəm. çünki bu yerə çox sadiqəm, həmişə ora gedirdim”, - deyə Papa qeyd edib. 

O, həmçinin özünü hazırda yaxşı hiss etdiyini qeyd edib.

Xatırladaq ki, 86 yaşlı Papa dekabrın əvvəli qripə yoluxduğu üçün BMT-nin iqlimlə bağlı Dubayda keçirilən sammitində iştirak etməyib.

Xəbər Lenti