Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 13 Dec 2023 14:20
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) təhlükəsizlik strukturu kimi Rusiya üçün heç bir əlavə dəyər vermir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında "Hökumət Saatı"nda çıxışında bildirib.
Onun sözlərinə görə, ATƏT heç vaxt təşkilata çevrilməyən bir struktur kimi, bütün funksiyalarını yerinə yetirməyi dayandırıb.
"Çünki onu asanlıqla manipulyasiya oluna bilən qeyri-müəyyən, əmöb vəziyyətdə saxlamaq Qərb üçün sərfəli idi. Silahlanmaya nəzarət, informasiya mübadiləsi, şəffaflıq, etimadın möhkəmləndirilməsi sahəsində çoxlu faydalı sazişlər var idi. Onların hamısı Qərb tərəfindən məhv edildi və ya zibilliyə göndərildi. Ona görə də təhlükəsizlik təşkilatı olaraq ATƏT bizə əlavə dəyər gətirmir”, - deyə rusiyalı nazir vurğulayıb.
Eyni zamanda, Lavrov qeyd edib ki, Avrasiya qitəsinin qalan hissəsində Avrasiyanın təhlükəsizliyi ilə məşğul olmaq üçün şərait yetişib.
Avrasiya təhlükəsizliyi üçün yeni təşəbbüslər haqqında danışan Rusiya XİN başçısı, Qazaxıstanın təşəbbüsünü - Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair görüşü də xatırladıb. Bildirib ki, Qazaxıstan indi onu təşkilata çevirmək istəyir.
Lavrov əmin edib ki, Moskva Astananın bu cür planlarını dəstəkləyir, ancaq bu, Avrasiya təşkilatı olmalıdır. Onun fikrincə, avropalılar Avrasiya qitəsinin bu təbii rəqabət üstünlüklərindən imtina etmək qərarına gəldilər və rəqabət qabiliyyətlərinin bunu gizlətməyən amerikalılar tərəfindən boğulmasına üstünlük verdilər.
"Ona görə də biz çalışırıq ki, Avrasiyanın təhlükəsizliyi reallığa çevrilsin. Biz özümüz heç kimdən məsafə saxlamayacağıq. Sadəcə olaraq, öz təhlükəsizliyini başqalarının hesabına təmin etmək istəməyənlərlə, Avrasiya qitəsində ATƏT-dən fərqli olaraq təhlükəsizliyin bölünməsi prinsiplərini həyata keçirənlərlə təhlükəsizlik quracağıq. Hansı ki, həmin prinsiplər ATƏT tərəfindən elan olunub, sonra NATO tərəfindən tapdanıb. Bu proses Ukraynada bizə qarşı müharibənin başlaması ilə bitib", deyə Lavrov yekunlaşdırıb.