Qəzzada İsrail ordusunun polkovniki ölüb

Tarix: 13 Dec 2023 14:44

İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.

APA İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.

Ben-Basatın “Qolani” briqadasının baş qərargah rəisi olduğu bildirilir. Onunla yanaşı, həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni də ölüb.

Ümumilikdə, İsrailin HAMAS-la qarşıdurması zamanı 444 İsrail hərbçisi ölüb.

Xəbər Lenti