Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 13 Dec 2023 17:04
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudla Cenevrədə görüşüb.
APA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Nazirlər arasında görüş bu gün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) iclası çərçivəsində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.