Zelenski Norveç kralı ilə görüşdü

Tarix: 13 Dec 2023 20:14

Ukrayna Prezidenti Volodimir Zelenski Norveç kralı V Harald ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin teleqram kanalında məlumat verilib.

“Oslo. Norveç Kralı V Harald ilə. Ölkəmizə güclü humanitar, maliyyə və hərbi yardıma görə Norveç xalqına, hökumətinə və parlamentinə təşəkkür edirəm”, - məlumatda deyilir.

Həmçinin, məlumatda Zelenski 2023-cü ilin fevralında Ukraynaya genişmiqyaslı beşillik dəstək proqramına start verdiyinə görə Norveçə xüsusi təşəkkürünü bildirib.

Xəbər Lenti