Rusiyada avtobusla yük maşınının toqquşması nəticəsində 23 nəfər yaralanıb, ölən var

Tarix: 13 Dec 2023 20:55

Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.

APA-nın məlumatına görə, bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev "Telegram" kanalında məlumat verib.

Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.

Yeddi nəfərin vəziyyəti orta-ağırdır.

Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib.

Xəbər Lenti