Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 13 Dec 2023 23:48
Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərində iştirakını istisna etmir.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Azadlıq” radiosunun Praqa bürosuna müsahibəsində bildirib.
“İndi mən prezidentəm və mandatım parlament seçkilərindən sonra başa çatır. Yeni parlament yeni prezidenti seçəcək, çünki konstitusiyamıza görə, xalq sonuncu dəfə prezident seçmişdi.
Mənim planım, əgər buna plan demək olarsa, mandatı həyata keçirmək və öz rolumu yerinə yetirməkdir”, - deyə o qeyd edib.