Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 13 Dec 2023 23:17
Almaniyanın bir sıra regionlarında Baltikdən gələn və Moskvaya doğru irəliləyən Vanya siklonu səbəbindən daşqın riski var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Almaniyanın cənubu güclü qar yağması səbəbindən praktiki olaraq iflic vəziyyətinə düşüb. İndi isə güclü yağışlar daşqınlara səbəb ola bilər.