Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 14 Dec 2023 05:25
Qəzzada 7 oktyabrdan baş verən hücumlarda ölənlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 7 oktyabrdan sonra ölənlərin sayı 18 608 nəfərə çatıb. Yaralananların sayı isə 50 594 nəfərdir.