Türkiyə parlamentinin Xarici İşlər Komitəsi İsveçin NATO üzvlüyünə qəbulu ilə bağlı müzakirələri təxirə salıb

Türkiyə parlamentinin Xarici İşlər Komitəsi İsveçin NATO üzvlüyünə qəbulu ilə bağlı müzakirələri təxirə salıb

Tarix: 16 Nov 2023 18:20

Türkiyə Parlamentinin Xarici İşlər Komitəsi İsveçin NATO üzvlüyünə qəbulu ilə bağlı müzakirələri davam etdirəcək.

APA "Reuters"ə istiandən xəbər verir ki, bu barədə Komitənin sədri Fuat Oktay deyib.

O bildirib ki, Xarici Əlaqələr Komitəsi gələn həftə müzakirələrə "davam edə bilər".

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin Xarici Əlaqələr Komitəsinin müzakirələri bu gün başlayıb.

Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni yalnız Türkiyə Xarici Əlaqələr Komitəsinin məsələ ilə bağlı səsverməsindən sonra verəcək. Parlamentin mövqeyi, demək olar ki, Xarici Əlaqələr Komitəsinin məsələ ilə bağlı qərarını əks etdirir.

Mənbə: apa.az

Xəbər Lenti