Bu ölkədə qar səbəbilə minlərlə aviareys təxirə salındı

Tarix: 14 Dec 2023 19:38

Çində minlərlə aviareys təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkənin şimalına təsir edən soyuq dalğa və qar yağışı olub.

Bildirilib ki, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.

4 min 191 daxili, 142 beynəlxalq reys isə pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.

Çin Meteorologiya İdarəsi bütün ölkəni əhatə edən soyuq dalğa ilə əlaqədar “narıncı həyəcan” elan edib.

Çinin 4-mərhələli soyuq hava xəbərdarlığı sistemində “narıncı” siqnalın ikinci səviyyəsini təmsil edir. Təcililik sırasına görə, “qırmızı” ən yüksək səviyyə hesab olunur, ondan sonra “narıncı”, “sarı” və “mavi” gəlir.

Xəbər Lenti