- , 22 Dekabr, 2024
Tarix: 14.08.2024 19:15
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər 48751 nəfər təhsil tələbə krediti almaq üçün müraciət edib.
Fonddan APA-ya verilən xəbərər görə, onlardan 9914 nəfərin müraciətinə imtina verilib.
37822 tələbəyə isə təhsil tələbə krediti verilib. Onlardan 12937-si sosial təhsil tələbə krediti olub və onlara bir sıra güzəştlər edilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.