Çin lideri pandaları ABŞ-yə dosluq səfiri olaraq yollayacaq

Tarix: 16 Nov 2023 18:55

Çin lideri Si Cinpin pandaları ABŞ-yə dostluq səfiri kimi göndərəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Prezidenti ABŞ-li həmkarı Co Baydenlə görüşündən sonra naharda iş adamları ilə söhbəti zamanı söyləyib.

Si çıxışında “Biz pandaların nəslinin kəsilməsini qorumaq üçün ABŞ ilə əməkdaşlığa hazırıq” deyib.

ABŞ-yə veriləcək pandaların iki ölkənin dostluğunu təmsil edən səfirlər olduğunu deyən Si, pandaların nə vaxt göndəriləcəyini açıqlamasa da, heyvanların Kaliforniya ştatına gedəcəyinə eyham vurub.

Xəbər Lenti