Aİ Şurası Gürcüstana namizəd ölkə statusu verib

Tarix: 14 Dec 2023 21:37

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" platformasındakı paylaşımında məlumat verib.

Şarl Mişel Aİ-nin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına isə üzvlük üçün zəruri kriteriyalara uyğunluq dərəcəsinə çatdığı zaman başlanacağını bildirib və Avropa Komissiyasını gələn ilin martında bu istiqamətdə qiymətləndirmə aparmağa dəvət edib.

Xəbər Lenti