Ərdoğan Baydenlə telefonla danışıb

Tarix: 14 Dec 2023 22:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-li həmkarı Co Baydenlə telefon danışığı aparıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı İsrail-HƏMAS müharibəsi, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.

Xəbər Lenti