ABŞ-dən Türkiyəyə F-16 satışı ilə bağlı dəstək

Tarix: 14 Dec 2023 23:50

ABŞ administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiyini bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Co Bayden arasında baş tutan telefon danışığını dəyərləndirərkən deyib.

ABŞ-nin Türkiyəyə F-16 satışına münasibət bildirən Kirbi F-16 modernləşdirmə proqramını Türkiyə üçün dəstəkləməyə davam etdiklərini qeyd edib.

Xəbər Lenti