Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 15 Dec 2023 00:55
Rusiya səfiri Valeri Kuzmin Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dekabrın 13-dən 14-nə keçən gecə Ukraynanın liman infrastrukturuna hücumda istifadə edilən pilotsuz təyyarənin Rumıniya ərazisinə düşməsi ilə bağlıdır.
Hadisə ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi Rusiya səfirinə etirazını bildirib.