“Müharibəni davam etdirməkdə qərarlıyıq” - Netanyahu

Tarix: 15 Dec 2023 01:25

“Amerikalı dostlarımıza dedim ki, biz müharibəni davam etdirməkdə qərarlıyıq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə Tel-Əvivdə keçirdiyi görüşü zamanı deyib.

“Amerikalı dostlarımıza bunu dedim. Qəhrəman əsgərlərimiz əbəs yerə ölməyib. Onların faciələrinə görə HƏMAS məhv edilənə və mütləq qələbə qazanılana qədər döyüşü davam etdirmək əzmindəyik. Mən ABŞ-nin İsrail ordusuna döyüş sursatı verməklə, BMT-nin müharibəni dayandırmaq cəhdlərinin qarşısını almaqla və girovlarımızı geri qaytarmağa kömək etməklə İsrailə verdiyi dəstəyi çox yüksək qiymətləndirirəm”, - Netanyahu bildirib.

Xəbər Lenti