Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib

Tarix: 15 Dec 2023 04:09

Uzun sürən danışıqlardan sonra Aİ-yə üzv ölkələrin başçıları Rusiyaya qarşı on ikinci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Yeni iqtisadi məhdudiyyətlər paketinin təfərrüatları açıqlanmayıb, lakin məlumdur ki, Avropa Komissiyasının əvvəllər tövsiyə etdiyi sanksiyalar paketində Rusiya almazlarına məhudiyyət və bir sıra məmurlara qarşı təkliflər yer alıb.

Xəbər Lenti