Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 15 Dec 2023 15:18
ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı F-16 məsələsində müsbət yanaşmaya malik olduğunu və bu məsələ ilə bağlı Konqresə təklifini verməyə hazır olduğunu söyləyib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavabında bildirib.
“İsrail indi tənhalığa doğru gedir və bu tənhalıq gələcəkdə daha da artacaq” - Ərdoğan qeyd edib.