Peskov: Ukrayna və Moldova Aİ-yə üzvlük meyarlarına cavab vermir

Tarix: 15 Dec 2023 15:12

Ukrayna və Moldova Avropa İttifaqına (Aİ) üzvlük meyarlarına cavab vermir.

APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, Ukrayna və Moldovanın Aİ-yə üzv olması ilə bağlı danışıqlar illərlə davam edə bilər: “Ukrayna və Moldovanın Aİ-yə qoşulması üçün yaşıl işığın yandırılması qərarının arxasında praqmatizm deyil, siyasi iradə nümayiş etdirmək istəyi gizlənir”.

Xəbər Lenti