Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 15 Dec 2023 18:18
İsveç gələn yaya qədər NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər.
APA xəbər verir ki, bu barədə İsveçin "Sveriges Radio"su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib. Mənbənin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər. "Ümid edirəm ki, bu [NATO-nun ratifikasiyası] iyula qədər həyata keçiriləcək, - mənbə bildirib.
Qeyd edək ki, Ağ Ev məlumat yayıb ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, eyni zamanda İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.
Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü hələ də Türkiyə və Macarıstan parlamentləri tərəfindən ratifikasiya olunmayıb.