İsrail Qəzzaya yardım aparılması üçün “Kerem-Şalom” keçidini müvəqqəti açır

Tarix: 15 Dec 2023 19:24

İsrail hökuməti Misirdən humanitar yardım aparan yük maşınlarının Misir sərhədindəki “Rəfah” keçid məntəqəsinə qayıtmaq əvəzinə Qəzza zolağındakı “Kerem-Şalom” keçid məntəqəsindən istifadə etmələrinə müvəqqəti icazə verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

"Bu yolla Qəzza zolağına yalnız Misirdən humanitar yardım çatdırılacaq", - məlumatda deyilir.

Xəbər Lenti