Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 15 Dec 2023 22:44
“İsrail-HƏMAS münaqişəsi üçüncü ayını tamamlasa, Misir, Livan və İordaniyada 230 min insan yoxsullaşacaq və bu ölkələr təxminən 10,3 milyard dollar gəlir itirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda BMT açıqlama yayıb.
Açıqlamada Qəzzaya edilən hücumların qonşu ölkələrin sosial-iqtisadi tənəzzüllə üzləşməsinə səbəb olduğu vurğulanıb.
Hücumlar səbəbiylə bu üç ölkədə insan inkişafının ən az 2-3 il geriləyə biləcəyi xəbərdarlığı edilib.