Bakıda 4 qızın özünü binadan atması iddiasına - Rəsmi reaksiya

Tarix: 16.12.2023 00:38

Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

“Yanğınsöndürmə avtomobillərinin hərəkəti zamanı çəkilmiş video, görüntüləri çəkən şəxs tərəfindən yanlış şərh edilir. Belə bir hadisə baş verməyib”-, deyə cavabda qeyd edilib.

Xəbər Lenti