Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 16 Dec 2023 01:25
Qəzzada “Əl-Cəzirə”nin operatoru Samir Əbu Dakka dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Əbu Dakkanın yaralandıqdan sonra sığındığı və hücumların davam etdiyi Ferhanə məktəbinin ərazisinə təcili yardım maşınlarının girməsinə icazə verilmədiyi və nəticədə operatorun qanaxmadan vəfat etdiyi qeyd edilib.