Qəzzada ölənlərin sayı 19 minə yaxınlaşır

Tarix: 16 Dec 2023 02:17

Qəzza zolağında ölənlərin sayı son 24 saatda 13 nəfər artaraq 18 min 800-ə çatıb.

APA xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

Müharibənin 70-ci günü ilə bağlı məlumatlarda qeyd olunub ki, ölənlərdən 8 mini uşaq, 6200-ü qadındır.

Ölənlər arasında 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 89 jurnalist var.

Yaralıların sayı 51 minə yüksəlsə də, 7500 itkin düşmüş sayılır.

Xəbər Lenti