İsrail ordusu Qəzzada səhvən 3 israilli girovu öldürüb - Yenilənib

Tarix: 16 Dec 2023 04:43

İsrailli əsgərlər Qəzza zolağında döyüş zamanı səhvən üç israilli girovu öldürüblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qəzzada gedən döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə kimi tanıyıb. Nəticədə hərbçilər onlara atəş açıb öldürüblər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, dərhal insidentlə bağlı araşdırmaya başlanılıb.

***

Hadisə son günlərin ən şiddətli döyüşlərinin müşahidə olunduğu Qəzzanın şimalındakı Şecayya məhəlləsində baş verib.

Öldürülən girovların fotolarını  təqdim edirik:

Xəbər Lenti