Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 16 Dec 2023 05:45
Kiyevin Podolsk rayonunda partlayışlar baş verib.
APA xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Paytaxtın Podolsk rayonunda partlayış səsləri eşidilir", - Kliçko yazıb.
Ukraynanın “Strana.ua” nəşri də Kiyev vilayətində partlayışlar barədə məlumat yayıb.