Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 16 Dec 2023 08:04
Argentina hakimiyyəti iki nasaz Mi-171E nəqliyyat helikopterini Ukraynaya təhvil verməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Noticias Urbanas" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Argentina bu helikopterləri 2011-ci ildə Antarktidadakı qütb stansiyalarını təchiz etmək, həmçinin axtarış-xilasetmə işlərini həyata keçirmək üçün Rusiyadan alıb.
Materialda deyilir ki, vertolyotların Kiyevə təhvil verilməsi məsələsi Vladimir Zelenskinin Argentinaya səfəri zamanı müzakirə olunub.
Portal həmçinin helikopterlərin nasaz olduğunu vurğulayıb, lakin Argentina hakimiyyəti Vaşinqtonla F-16 qırıcılarının alınması üçün ilk ödəniş kimi bu təyyarələrin uçotunun aparılması imkanını müzakirə edir.