İki maşın toqquşdu, sürücü öldü

Tarix: 16 Dec 2023 11:09

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Kia” və “Vaz 21099” markalı avtomobillərin toqquşması zamanı sonuncunun sürücüsü ağır xəsarət alıb. Sürücü Namiq Quliyev hadisədən bir neçə saat sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti