Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gedib

Tarix: 16 Nov 2023 23:08

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədində olub.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səfir Ermənistan ərazisinin Azərbaycanla (Naxçıvan) sərhədindəki strateji nöqtəsi olan Tejkar dağının yamacında olub.

“Fransa Ermənistanın ərazi bütövlüyünə və 1991-ci il sərhədlərinə hörmətlə yanaşmada xüsusilə həssasdır, bu barədə Praqa bəyanatında bir daha xatırladılır”, - səfir bildirib.

Xəbər Lenti