Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 16 Dec 2023 15:02
Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə monarxın ofisinin naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah bildirib.
Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ilin sentyabrından Küveyt taxtındadır. Ondan sonra hakimiyyət onun kiçik qardaşı, vəliəhd Mişal əl-Əhməd əl-Cabir əs-Sabaha keçəcək.
Qeyd edək ki, əmirin 86 yaşı var idi. Noyabrın sonunda onun səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirildiyi bildirilir.