Milad bazarında terror aktı planlaşdıran şəxs Almaniyadan İraqa deportasiya edilib

Tarix: 16 Dec 2023 17:46

Milad bazarında terror aktı planlaşdıran şəxs Almaniyadan İraqa deportasiya edilib.

APA BİLD-ə istinadən xəbər verir ki, hücumun hədəfi Hannover yarmarkası olub. Təhlükəsizlik orqanlarının məlumatına görə, terror aktını planlaşdıran 20 yaşlı qaçqın Milad bazarına gələnlərə bıçaqla hücum etməyi planlaşdırırmış.

Həmin şəxs noyabrın 21-də həbs edilib. Onun Almaniyadan sığınacaq üçün müraciəti rədd edilib və deportasiya dekabrın 1-nə planlaşdırılsa da, dekabrın 15-nə kimi baş tutmayıb.

Xəbər Lenti