Yaşar Gülər: Kiprdə sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün əlimizdən gələni edəcəyik

Tarix: 16 Dec 2023 18:52

Kiprdə türk xalqının qanuni mənafelərini və təhlükəsizliyini təmin edəcək şəkildə həll Türkiyənin ən mühüm prioritetlərindən biridir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, adada yeganə həll Kipr türk xalqının suveren bərabərliyinin və beynəlxalq statusunun qeydə alınmasıdır:

“Bir daha bildiririk ki, indiyə qədər etdiyimiz kimi Zəmanət və Müttəfiqlik müqavilələri çərçivəsində milli məsələmiz olan Kiprdə sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Xəbər Lenti