Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 16 Dec 2023 23:55
“Qarabağın işğaldan azad edilməsi bizə olan inamı daha da gücləndirdi”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İndi həm İslam, həm də Türk dünyasında keçmişlə müqayisədə çox fərqli, daha müsbət və cəsarətli bir atmosfer var. Qarabağın işğaldan azad edilməsi bizə olan inamı daha da gücləndirdi. İnşallah Qəzzadakı qırğınların qarşısını ala biləcəyimiz günlər yaxındır”, - deyə Ərdoğan bildirib.