Cümə, 30 Yanvar, 2026
Tarix: 17 Nov 2023 04:13
ABŞ və Çin danışıqlarda ciddi uğur əldə etməyib, tərəflər yalnız danışıqları davam etdirmək barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qəzetin yazdığına görə, danışıqlar “iki ölkəni münaqişə həddinə çatdıran məsələlərdə cüzi irəliləyiş” əldə etməyə imkan verib. Nəşrin qeyd etdiyi kimi, ABŞ və Çin liderləri Co Bayden və Si Cinpinin elan etdiyi razılaşmalar təvazökar olub. Vaşinqton və Pekin danışıqları davam etdirməyə və "böhran zamanı telefonu götürməyə" razılaşıblar.